Mətanət İsgəndərli bu sözləri Elgizə yox, başqa aparıcıya deyib

“Çox sənətçilər verilişlərə gəlmək istəmir. Mən də onlara qoşuldum. Elə veriliş var ki, gedəndə peşman olursan. Sənətçi dəvəti qəbul edib gəlirsə, əziyyət çəkir, qızıl kimi səni sayır”.

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Gündən-günə” verilişində deyib. O, ad çəkmədən proqramına qonaq olduğu aparıcını tənqid edib:

“Bu üz ətdəndir, nə qədər etiraz etmək olar. Deyirsən, nə qədər bəhanə olar, rəhmə gəlirsən və gedirsən. Mən sənə görə gəlmişəm. Deyərdim səsim batıb, gəlmirəm. Pis olmayasan deyə, gəldim. Amma sən məni arxadan vurdun, tor qurdun. Mənə məqsədin, pis niyyətin üçün tor qurdun. Elə bilmə ki, mənə tor qurdun, xeyrin, məqsədin, pis niyyətin üçün istifadə etdin. Kiminsə bədbəxtçiliyinin, üstündə xeyir tapa bilməzsən. Ondan on qat pisi sənin olacaq”.

Onun bu sözləri aparıcı Elgiz Əkbərə dediyi iddia olunub. Belə ki, M.İsgəndərli xəstə halda “Elgizlə izlə” proqramna qonaq olmuşdu. 

Məsələ ilə bağlı Elgiz də video açıqlama yayıb. 

“Guya Mətanət xanım həmin fikirləri mənə deyib. Mətanət xanımla danışdım. Mənimlə nə əlaqəsi?” deyə, aparıcı əlavə edib. 

E.Əkbər daha sonra Axşam.az-a açıqlama verərək, bildirib ki, M.İsgəndərli həmin sözləri başqa bir aparıcıya ünvanlayıb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]