Əliməmməd Nuriyev QHT-lərə müraciət etdi: dələduzlara inanmayın!

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Qeyri-Hökumət Təşkilatlarına muraciət edib.

Müraciətdə deyilir:

“Əziz QHT nümayəndələri, bilirəm ki, bu günlərdə hamınız QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə Qrant müsabiqəsinin nəticələrinin elan edilməsini gözləyirsiniz.

Agentlik tərəfindən QHT nümayəndələri ilə görüşlər zamanı, habelə rəsmilərin müsahibələrində səsləndirilmiş fikirlər, verilən məlumatlar, həyata keçirilmiş tədbirlər, eləcə də təkmil qaydalar deməyə əsas verir ki, layihələrin qiymətləndirilməsi tam obyektiv qərəzsiz və dürüstlük prinsipləri əsasında həyata keçirilib.

Amma müsabiqə nəticələrinin elanı ərəfəsində yenə dövriyəyə xoş olmayan niyyətdən qaynaqlanan fikirlər, şayiələr, obyektiv əsası olmayan iddialar buraxlır. Bəziləri inandırmağa çalışırlar ki, guya onların “əməyi” sayəsində ayrı-ayrı QHT-lər müsabiqənin qalibləri olacaq.

Hörmətli QHT nümayəndələri, birmənalı olaraq qeyd etmək istərdim ki, əsla və əsla belə “işbazlara”, arabuluculara və nəhayət dələduzlara etibar etməməlisiniz. Heç bir halda bu böhtançıların, manipulyatorların tələsinə düşməməlisiniz.

Mənim analizim, açıq mənbələrdən məlumatların, aparılan işlərin, ortaya qoyulan yanaşmanın təhlili əsasında deyə bilərəm ki, obyektiv, ədalətli və şəffaf seçim olmasına şübhə etməyə heç bir əsas yoxdur.

Hörmətli QHT nümayəndələri, rica edirəm, əgər sizdən kimdənsə layihəsi müsabiqə qalibi olduguna görə hər hansı ödəniş və s. istənilərsə, məni bu baradə məlumatlandırın.

O, zaman bir daha əmin olacaqsınız ki, müsabiqə prosesi, şəffaf, ədalətli keçirilib və

bir daha bu proseslərə qara əllər uzanmayacaq.

Hər birinizə uğurlar arzu edirəm”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]