Putin: “Rusiya Özbəkistana qaz tədarükünü artırmağa hazırdır”

Rusiya Qazaxıstan vasitəsilə Özbəkistana nəql olunan qazın həcmini artırmağa hazırdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə geniş tərkibdə danışıqlar zamanı deyib.

V.Putin Qazaxıstan vasitəsilə Özbəkistana Rusiya qazının nəqlinə başlandığını xatırladıb: “Hazırda ixrac qrafikdən çox irəlidə aparılır, lazım olduqda bu həcmi artırmağa hazırıq”.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Rusiya, Özbəkistan və Qazaxıstan prezidentləri Vladimir Putin, Şavkat Mirziyoyev və Kasım-Jomart Tokayev Rusiya təbii qazının Qazaxıstan ərazisindən keçməklə “Mərkəzi Asiya – Mərkəz” qaz kəməri ilə Özbəkistana tranzitinə başlayıblar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]