Builki sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların adları açıqlanıb – SİYAHI

Builki sertifikasiya imtahanlarında 0-29 bal aralığında nəticə göstərən ibtidai sinif müəllimləri ən çox Astara rayonu üzrə olub.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim – keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, həmin rayon üzrə 33 faiz müəllim 0-29 bal arası nəticə göstərib:

“Siyahı üzrə ilk sırada Azərbaycan dili və ədəbiyyat fənni üzrə Tərtər, Bərdə, Daşkəsən (hər üçü 14%), riyaziyyat fənnindən Gədəbəy (24%), Göygöl (20%), Ağcabədi (21%), xarici dil fənni üzrə isə Ağcabədi (42%), Astara (38%), Lerik rayonundan (37) olan müəllimlər olub”.

E.Əmrullayev qeyd edib ki, sertifikatlaşdırılma prosesində iştirak edən ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 25 yaşa qədər və 25-29 yaş aralığında olanlarının hamısı (100%) müvafiq keçid balını (30) toplamağa müvəffəq olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]