Mikayıl Cabbarov: “Azərbaycanda innovasiya siyasəti daha aydın təqdim edilməlidir”

Azərbaycanda innovasiya siyasəti və baxışı daha aydın ifadə olunmalıdır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən “Baku ID” (Baku İnvestment Day) festivalında deyib.

O bildirib ki, bunun üçün uğurlu başlanğıclar edilməlidir: “Sessiyadan əvvəl aparılan müzakirələrdə sahibkarların və ya tənzimləyicilərin üzləşdiyi çətinliklərin həm də qanunvericilikdəki boşluqlardan irəli gəldiyi bildirildi. Biz ekosistemi təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik. Hazırda rəqəmsal texnologiyanın transformasiyası mərkəzini işə salırıq. Bunun üçün müvafiq yerlər ayırdıq. Məqsəd sahibkarlar üçün platforma təmin etməkdir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]