Pezeşkianın rəqibinin korrupsiya faktları üzə çıxdı

Prezident seçkilərində Məsud Pezeşkianın rəqibi olan Tehran meri Əlirza Zəkaninin korrupsiya faktları üzə çıxıb.

Bu barədə sosial media kanallarında paylaşımlar edilib.

Bildirilib ki, Əlirza Zəkani bir neçə avtobus və elektriklə işləyən avtomobil almaq üçün Çin hökumətinə 2 milyard dollar pul ödəyib.

“Zəkaninin ödədiyi məbləğin 1 milyardı ilə Çin Türkiyədə avtomobil istehsalı zavodu təsis edib. Soruşuruq ki, niyə bir neçə avtobus və avtomobilə görə iki zavodun pulunu ödəyibsiniz? Deyirlər, gizli məlumatdır”, – tanınmış media fəalı Məhəmməd Parsi yazıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Əlirza Zəkaninin işdən qovulması tələbi ilə kampaniya başladılıb və on minlərlə tehranlı petisiyanı imzalayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]