Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb

Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb.

Bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, diqqətsizlik, ehtiyatsızlıq və yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib: “İnvestiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil”.

Elşad Hacıyev qeyd edib ki, avqustun 2-də isə ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Vətəndaşlara çağırış edirik ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz”- deyə idarə rəisi qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]