Qurban Qurbanov: Çox vacib matça çıxacağıq

Çox vacib matça çıxacağıq. Rəqib təcrübəyə malikdir.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis futbolçuların hazır olduğunu bildirib: “Əvvəlki oyunlara nisbətən istədiyimiz kimi hazırlaşmamışıq. Buna baxmayaraq görüşün vacib olduğunu bilirik. Həmişəki kimi azarkeşlərin baxımlı oyun izləməsini istəyirik. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Rəqibin əvvəlki qarşılaşmalarındakı nəticələrinə baxmırıq. Onlar bizi aldatmalı deyil”.

Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]