“Mənim idman tarixim artıq yazılıb, 4 olimpiya medalı…”
Bu sözləri qadın güləşi üzrə Azərbaycan yığmasının üzvü Mariya Stadnik öz instaqram hesabında yazıb.
“İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda məni dəstəkləyən və mənimlə olan hər kəsə təşəkkür edirəm. İndi isə başqa bir tarix yazmağın vaxtıdır”, – deyə Stadnik əlavə edib.
Xatırladaq ki, M. Stadnik ötən gün 1/4 finalda rəqibinə 3:4 hesabı ilə uduzub.