Tramp: ABŞ üçün daxili təhdidlər xaricdən gələnlərə nisbətən daha təhlükəlidir

“ABŞ üçün daxili təhdidlər xaricdən, xüsusən də Çindən və ya Rusiyadan gələnlərə nisbətən daha təhlükəlidir”.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “X” sosial şəbəkəsinin sahibi İlon Maska verdiyi müsahibədə deyib.

“Bir çox hallarda ölkə daxilindəki insanlar dövlətimiz üçün rusiyalılardan, çinlilərdən daha təhlükəlidir. Əgər vəzifədə ağıllı prezident varsa, o zaman onlarla (Çin və Rusiya – Qeyd) heç bir problem olmayacaq”.

Tramp Ukrayna ilə Rusiya arasındakı müharibəyə də toxunub: “Ukrayna ilə bağlı özümü pis hiss edirəm. Düşünürəm ki, 2020-ci il prezident seçkilərində qalib gəlsəydim, Ukraynadakı münaqişədən qaçmaq mümkün olardı”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]