Azərbaycan Gürcüstandakı bu yolu idarə edəcək

Azərbaycan və Gürcüstan Bakı-Tiflis-Qars (BTQ) – Marabda-Kartsaxi dəmir yolu dəhlizinin Gürcüstan hissəsinin idarə olunması üçün birgə şirkət yaradıblar.

Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“BTKİ Railways” adlı şirkətin təsisçiləri Azərbaycan Dəmir Yolları və Gürcüstanın Marabda-Kartsaxi şirkətinin törəmə şirkətləri olub.

Yeni şirkət Marabda-Kartsaxi hissəsində infrastrukturun istismarına və idarə olunmasına, həmçinin BTQ-dən istifadə etməklə yükdaşımaların səmərəli təşkilinə və yeni yüklərin cəlb edilməsinə cavabdeh olacaq.

Azərbaycan Dəmir Yollarından bildirilib ki, Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri də regional nəqliyyat əlaqələrinin, xüsusilə Orta Dəhliz potensialının gücləndirilməsinə yönəldiləcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]