Türkiyədə yanğınlarla bağlı 3 mindən çox sakin təxliyə olunub

Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları ilə əlaqədar əhali təhlükəli ərazilərdən təxliyə edilir.

Bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilir ki, ehtiyat tədbiri olaraq İzmir, Aydın, Bolu, Muğla və Manisada ümumilikdə 3583 nəfər təhlükəsiz bölgələrə təxliyə edilib.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ölkə ərazisində son bir həftədə 131 kənd təsərrüfatı sahəsi və meşədə yanğın baş verib. Mümkün insan tələfatının qarşısını almaq üçün yanğınlara yaxın yaşayış məntəqələrində yaşayan vətəndaşlar təhlükəsiz ərazilərə təxliyə edilir.

Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı İzmirdə yanğınlarla bağlı son vəziyyəti açıqlayıb. Nazir bildirib ki, 72 yanğından 69-u nəzarətə götürülüb: “Hazırda 6 aktiv yanğın var. İzmirin Yamanlar ərazisindəki yanğın azalıb. Ümumilikdə İzmirdə yanğından zərər görən sahə 1600 hektardır. 2 təyyarə və 11 helikopterlə müdaxilə davam edir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]