“Ulyanovsk – Bakı – Astara” birbaşa yük blok qatarının marşrutu təsdiqlənib

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Rusiya hökuməti “Ulyanovsk – Bakı – Astara (İran)” birbaşa yük blok qatarının marşrutunu təsdiqləyib.

Bunu Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix bildirib.

“Bu günlərdə “Rusiya Dəmir Yolları”ndan şad xəbərlər gəlib – “Ulyanovsk – Bakı – Astara (İran)” birbaşa yük blok qatarının marşrutu təsdiqlənib. Bu, “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizidir. İxrac qatarı ilə aqrar-sənaye, o cümlədən ağac emalı məhsullarının göndərilməsinə hazırlıq gedir”, – qubernator qeyd edib.

Onun sözlərinə görə, qatarın işə salınması Bakıya səfəri zamanı Azərbaycanın Baş Naziri Əli Əsədovla əldə etdiyi razılaşmaların, o cümlədən Rusiyanın Bakıdakı səfirliyi, Ticarət Nümayəndəliyi və Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə iki ölkənin dəmir yolu idarələrinin əlaqələndirilmiş işinin nəticəsidir.

A.Russkix qeyd edib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələsini müzakirə ediblər.

“Ötürücülük qabiliyyətinin artırılması və yüklərin daşınma həcminin 15 milyon tondan 30 milyon tona çatdırılması üçün dəhlizin dəmir yolu hissəsi modernləşdirilir. Bu razılaşma Ulyanovsk vilayətinin təşəbbüskarı olduğu və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” yeni ticarət və logistika marşrutunun inkişafı üçün böyük perspektivlər açır”, – qubernator yazıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]