İngilisi şantaj edən qadınlardan biri azadlığa buraxıldı

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Bakıda tanış olduqları britaniyalı iş adamını şantaj edən qadınlardan biri azadlığa buraxılıb.

Qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.

Məhkəmə təqsirləndirilənlər – E. Nəsrəddinova və Y.Məmmədova ilə bağlı hökmü araşdırdıqdan sonra sonuncunun şikayətini əsaslı hesab edib.

Məlumat üçün deyək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 ay əvvəlki hökmü ilə E. Nəsrəddinova 11 il, Y. Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan Y.Məmmədova məhkəmə zalında həbs edilmişdi.

Yuxarı instansiya məhkəməsinin qərarı ilə Y.Məmmədovanın hamilə olması nəzərə alınaraq cəzası şərti hesab edilib. O, dərhal azadlığa buraxılıb. Digər xanım müttəhimin şikayəti isə təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən qadınlar ingilis iş adamını rüsvayedici şəkilləri ilə şantaj edib, hədə-qorxu və dələduzluq yolu ilə ondan 205 min manat alıblar. Zərərçəkmişin şikayəti əsasında xanımların hər ikisi cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndləri ilə ittiham verilib.(Qafqazinfo)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]