Prezidentdən Qarabağa müttəfiq köməyi ilə bağlı – Tapşırıq

“Qarabağda işlərlə bağlı, tikintiyə töhfənizə görə sağ olun. Həmçinin iqtisadiyyat nazirinə tapşırıram ki, sizin köməyinizlə daha hansı layihələrin reallaşdırıla biləcəyi nəzərdən keçirilsin”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə deyib.

“Böyük Qayıdış” proqramı kifayət qədər genişmiqyaslıdır. Bu ilin sonunadək bizim 2021-ci ildən bəri yatırmağa başladığımız sərmayələrin ümumi həcmi yəqin ki, 10 milyard dollardan az olmayacaq. Praktik olaraq, elə bu yaxınlarda mənzillərin tikintisinə başlamışıq, yəni, hər şey əsasən infrastruktura yönəldilib. Mənzillərin tikintisi isə kütləvi şəkildə başlayıb. Biz artıq qayıtmaq istəyən 100 min nəfərdən 8 mindən bir qədər çoxunu yerləşdirmişik. Yəni, zənnimcə, mənzil tikintisi bütün infrastruktur başa çatdıqdan – 2026-cı ildən sonra olacaq, bu, əsas istiqamətə çevriləcək. Ona görə də bütün layihələr üzrə bizdə qərargah, təşkilat komitəsi var. İqtisadiyyat Nazirliyi investisiya layihələri ilə məşğul olur. Bu səbəbdən əlaqə saxlayın, düşünürəm ki, bizim növbəti görüşümüzdə siz hansı layihələrin həyata keçirildiyini deyə biləcəksiniz”, – Azərbaycan lideri qeyd edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]