Türkiyədə Tekirdağ Süleymanpaşa İlçe Bələdiyyəsinin CHP-li üzvü Mustafa Can Ekiciler silahlı hücuma məruz qalıb və üzündən ağır yaralanıb.
Hadisə avqustun 20-də baş verib.
31 yaşlı siyasətçi hücumdan sonra xəstəxanaya yerləşdirilsə də, o bu gün müalicə aldığı klinikada vəfat edib.
Məlumat üçün qeyd edək ki, Ekiciler, Süleymanpaşa vilayətinin Qaziköy rayonundakı yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacaq almaq üçün dayanarkən, 3 nəfər taksi ilə gəlib. Onlar arasında naməlum səbəbdən mübahisə yaranıb.
Bu vaxt şübhəlilərdən biri silahını çıxararaq Mustafa Can Ekicilərə atəş açıb.
Hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı gənc oğlan saxlanılıb.(CNN)