Ankaranın bu təklifini Kiyev rədd etdi – Lavrov

Türkiyə 2024-cü ilin yazında taxıl müqaviləsini bərpa etməyə çalışdı, Moskva hazır idi, lakin Kiyev Rusiya razılıq verdikdən sonra imtina etdi.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Cari ilin yazında Türkiyə tərəfindən bu dəyişdirilmiş formatda ərzaq tədarükünün qorunmasına dair sazişi yeniləməyə cəhd edildi. Hazır idik. Son anda ukraynalılar dedilər ki, kommersiya gəmilərinə toxunmamaq öhdəliyinə əlavə kimi atom elektrik stansiyalarının təhlükəsizliyini qorumaq zərurətini də bənd olaraq yazaq. Yersiz görünürdü, amma biz dedik ki, bunu edək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bizi bunun irəliyə doğru bir addım olacağına inandırdı. Ərdoğan tamamilə səmimi oynadı və kömək etməyə çalışdı. Razılaşdıq, amma ukraynalılar dərhal dedilər ki, yox, bu onları qane etmir. Görünür, onların artıq atom elektrik stansiyalarını bombalamaq planları var idi”, – o bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]