Əkinçilərə şad xəbər

Aqrar Subsidiya Şurası yanacaq qiymətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq əkin subsidiyalarını artırıb.

B barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymət artımının bir hissəsinin kompensasiya edilməsi məqsədilə, gələn ildən dənli və dənli paxlalılar, kartof, tərəvəz, yonca və təkrar əkinlər üçün əkin subsidiyaları artırılacaq.

Şuranın qərarına əsasən, meyvəçilik sahəsində dəstək artaraq davam edəcək. Damcı suvarma sistemi ilə təmin olunmuş intensiv meyvə bağları üçün müxtəlif şərtlər müəyyən edilib:

– Alma, armud, gilas, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

– Xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;

– Limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;

– Fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;

– Badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

– Qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;

– Əzgil, zoğal, iydə, əncir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.

Subsidiya veriləcək digər meyvə bağlarında isə 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti qoyulub.

Şuranın qərarına əsasən, 2024-cü ilin sentyabrın 1-dən dekabrın 31-dək intensiv fındıq bağlarının hər hektarına 4 400 manat, intensiv nar bağlarının hər hektarına 3 min manat və intensiv zeytun bağlarının hər hektarına 5 600 manat əkin subsidiyası veriləcək.

2025-ci ilin yanvarın 1-dən mayın 31-dək:

– Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında və Xocavənd rayonunda 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv fındıq bağlarına 4 400 manat əkin subsidiyası veriləcək.

– Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında intensiv nar bağlarına 3 min manat əkin subsidiyası veriləcək.

– Abşeron-Xızı, Qarabağ, Mil-Muğan, Mərkəzi Aran, Şirvan-Salyan və Şərqi Zəngəzur iqtisadi rayonlarında intensiv zeytun bağlarına hər hektara görə 5 600 manat məbləğində əkin subsidiyası veriləcək.

Bundan əlavə, zeytun bağlarının salınmasına görə əkin subsidiyasının verilməsi üçün minimum sahənin 2025-2026 təsərrüfat ilində 50 hektar, cari təsərrüfat ilində isə 15 hektar olaraq müəyyən edilməsi nəzərdə tutulur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]