Stoltenberqin müavini istefa verəcək

NATO Baş katibinin müavini Mirça Coane istefa verəcək.

Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, Baş katib Yens Stoltenberqə sentyabrın 10-da vəzifəsini tərk edəcəyi barədə məlumat verib.

Stoltenberq mətbuata açıqlamasında “Coane əsl transatlantikdir və onun tərəfdaşlarla işləməsi NATO-ya çoxlu faydalar gətirib”, – deyib.

Coane isə feysbuk hesabında “NATO-nun rəhbərliyində olmaq mənim həyatımın şərəfi olub”, – yazıb.

Qeyd edək ki, Coane 2019-cu ilin oktyabr ayından NATO Baş katibinin müavini vəzifəsində çalışır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]