Azərbaycan bu məşhur veriliş bağlandı

Speys TV-nin rəhbərliyi aparıcı Amil Xəlilin aparıcısı və müəllifi olduğu “Gəl danış” sosial-kriminal verilişini bağlayıb.

Bu barədə aparıcının özü sosial şəbəkədə məlumat yayıb.

“Dostlar bu mövsümdən etibarən “Gəl, danış” sosial-kriminal layihəmiz yayımlanmayacaq. 9 il ərzində şou etmədim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. Bir sözlə 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o mənəm-mənəm deyən aparıcılar “cuq-cuq” mövzularını yayımlayırdı. Bir sözlə qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq. Rəhbərimiz “Əgər millət narazıdırsa, biz etməyək” qərarını verdi. Bu mövsüm Speys TV çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Sizlər də sözünüzün üstündə durun. Sizə hörmət edənlərə qiymət verin. Sizin narazılığınıza hörmətlə yanaşan rəhbəri, jurnalisti üstün tutun”, – aparıcı bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]