İranlı aparıcı Azərbaycanla bağlı bu sözlərinə görə qovuldu

İran dövlət televiziyasının “Üfüq” kanalının aparıcısı Hüseyn Hüseyni işdən çıxarılıb.

Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ermənipərəst və qatı anti-Azərbaycan mövqeli ekspert Ehsan Movəhhedianın da iştirak etdiyi verilişdə iranlı aparıcı Azərbaycan dövlətini “Şimali Azərbaycan” adlandırıb.

Eyni zamanda, o, Azərbaycanın İranın “keçmiş əziz parçası” olduğunu dilə gətirərək deyib ki, inşallah, tezliklə Azərbaycan İrana birləşər.

Xatırladaq ki, riyakar iranlı aparıcı daha öncə efirdə Azərbaycan telekanalının aparıcısının sözlərini ikiüzlülüklə tənqid edərək demişdi: “azərbaycanlı aparıcı bilməlidir ki, İran hökuməti istəsə, tezliklə dövlət televiziyasında Azərbaycanın hava xəbərlərini yayımlayarıq!”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]