ABŞ səfiri şəhidlərin xatirəsini yad edib

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsini yad edib. 

Bu barədə ABŞ səfirliyinin feysbuk hesabında paylaşım edilib.

“Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik”, – deyə paylaşımda Mark Libbinin sözləri yer alıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]