Paşinyan imtina edib, Putin görüş üçün vaxtı dəyişib – İddia

Xəbər verdiyimiz kimi, Moskvada 8 oktyabrda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli görüşü baş tutmayıb.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə bir görüşün nəzərdə tutulduğunu bildirsə də, “tərəflərdən birinin” razı olmaması səbəbindən görüşün alınmadığını elan etdi.

“Hraparak” nəşri isə yazıb ki, Rusiya lideri Vladimir Putin Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçiriləcək BRİKS sammitinə dəvətini bir daha təsdiqləyib və bəzi iddialara görə, Putin görüşü Kazanda təşkil etmək niyyətindədir. Belə ki, Kazan daha irimiqyaslı platformadır – yəni Moskvada MDB dövlət başçıları toplanmışdısa, Kazanda Çin və Türkiyə də daxil olmaqla, 34 ölkə rəhbərinin iştirakı gözlənilir.

Nəşrin yaydığı daha bir iddia isə əsl sensasiyadır. Bildirilib ki, Moskvada guya üçtərəfli görüş olub, ancaq bu barədə ictimaiyyətə açıqlama verilməsi lazım bilinməyib. Əvəzində isə Kazanda görüşün davam etdirilməsi qərara alınıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]