600 bal toplamış çağırışçılar bu universitetdə xidmət çəkəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı şərh verən Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib ki, yeni əsgərlik konsepsiyasına əsasən, Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.

O qeyd edib ki, digər ali təhsil müəssisələrinin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər:

“Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar. Bununla da ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir”.

O. Gündüz bu addımın olduqca faydalı və əhəmiyyətli olduğunu vurğulayıb:

“Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər. Beləliklə, universiteti bitirən gənc informasiya texnologiyaları (İT) mütəxəssisləri əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər”.

Qeyd edək ki, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.

İntellektual qabiliyyətli bölmələrdə qəbul imtahanından 600 və yuxarı bal toplamış çağırışçılar xidmət edəcəklər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]