Qərargah rəisi azadlığa buraxılmadı, amma cəzası azaldı

Rüşvət alma ittihamı ilə 4 illik məhkum edilmiş N saylı hərbi hissənin qərargah rəisi Vüsal Əliyevin kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmə məhkum zabitin şikayətini qismən təmin edib.

Hakimlər V.Əliyevin azadlığa buraxılmasını uyğun hesab etməyib. Qərara əsasən, onun cəzası 6 ay azaldılıb.

Məhkumun cəzaçəkmə müddəti 2023-cü ilin aprelindən hesablanır. Bu qərarla onun çəkilməmiş 2 il cəzası qalır.

Xatırladaq ki, kapitan Vüsal Məmmədov təkrar rüşvət almaqda təqsirli bilinib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona sanksiya həddindən aşağı – 4 il azadlıqdan məhrumetmə cəzası verilib.(Qafqazinfo)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]