İran İsraillə bağlı bir neçə cavab variantı hazırlayıb

“İranın İsrailin mümkün zərbələrinə reaksiyası sözügedən hücumun ciddiliyindən asılı olacaq”.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” yayıb.

Dörd iranlı məmurun sözlərinə görə, İranın ali lideri Əli Xamenei hərbçilərə İsrailin hücumuna cavabla bağlı çox sayda hərbi plan hazırlamağı tapşırıb.

Mənbələr vurğulayıb ki, İranın cavabının miqyası hücumların ciddiliyindən asılı olacaq.

Belə ki, İsrail raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı hərbi baza və anbarlara zərbə ilə kifayətlənərsə, İran bunun qarşılığında heç bir tədbir görməyə bilər: “Yox, əgər İsrail əhəmiyyətli dərəcədə ciddi zərər vurrasa və çoxsaylı insan tələfatı olarsa, İran cavab tədbirləri görəcək. Bununla yanaşı, neft və energetika infrastrukturları, eləcə də nüvə obyektlərinə zərbə endirilərsə, yaxud yüksəkvəzifəli məmurlar öldürülərsə, Tehran buna reaksiya verəcək”.

Bildirilib ki, cavab tədbirləri qismində 1000-ə qədər ballistik raketin atılması, regionda İran silahlı qruplaşmaları tərəfindən hücumların artırılması və enerj daşıyıcılarının qlobal tədarükünə əngəl olmaq və s. daxildir.

Xatırladaq ki, oktyabrın 1-də İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə çox sayda raket zərbəsi endirib. İsrail hərbçiləri lazım bildikləri anda bu atəşə cavab verəcəklərini bəyan ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]