Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb

Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində beşi məktəbli qız olmaqla, azı yeddi nəfər ölüb, 23 nəfər yaralanıb.

Bu barədə “Reuters” polis nümayəndəsinə istinadən məlumat yayıb.

“Partlayış Mastunq şəhərində qızlar məktəbinin yanında park edilmiş motosikletə bərkidilmiş əldəqayırma qurğudan baş verib. Hədəf polis furqonu idi”, – məlumatda qeyd edilib.

Bildirilib ki, ölənlər arasında bir polis əməkdaşı da var, zabitlər də daxil olmaqla 23 nəfər yaralanıb.

Qeyd edilib ki, partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Pakistanın Baş naziri Şahbaz Şərif bəyanatında bu terror aktını pisləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]