Papuaşvili: İnsanlara daş və “Molotov kokteylləri” atmaq avropalıların dinc nümayiş adlandırdığı şeylərdir

İnsanlara daş, “Molotov kokteylləri” atmaq, pirotexniki vasitələrdən insanlara qarşı istifadə etmək avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

O, Avropa siyasətçilərinə Gürcüstandakı etiraz aksiyalarında baş verən zorakılığı necə adlandırırlarsa, öz ölkələrində də eyni “dincliyi” arzulayıb.

“Qoy Gürcüstan televiziyasını açsınlar, onlar Rustaveli prospektində baş verənləri, etirazçıların polisə necə hücum etdiklərini, bəzilərinin pirotexniki vasitələrdən istifadə edilməsini hansısa zarafat adlandırmasını, 140 polisin xəsarət almasını izləsinlər. İnsanlara daş, “Molotov kokteylləri” atmaq, pirotexniki vasitələrdən istifadə etmək, o cümlədən birinci kanalın operatoruna qarşı tətbiqi – bütün bunlar avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir. Bu utancvericidir”, – parlament sədri vurğulayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]