Jurnalistlərə xarici siyasət prioritetləri mövzusunda təlim keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib.

Təlimdə əsas məqsəd Azərbaycana qarşı həyata keçirilən qara piar, həmçinin dezinformasiya kampaniyalarının önünə keçmək, medianın mümkün təhdidlər qarşısında operativlik və məlumatlılığının artırılmasına töhfə vermək olub.

Konfransda açılış nitqi ilə çıxış edən BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev xarici siyasət sahəsində media təlimlərinin təşkil edilməsinin sözügedən sahə üzrə ixtisaslaşan jurnalistlərdə məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, media təmsilçilərinin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə düzgün işıqlandırılması baxımından vacibdir.

Mətbuat nümayəndələri üçün təlimlərin vacibliyinə toxunan XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məqsəd həm də jurnalistlərin ekspert kimi yetişdirilməsi və analitik yanaşmalarının təkmilləşdirilməsidir.

Tədbirin birinci hissəsində F.Şəfiyev “Azərbaycanın qonşu dövlətlər və qlobal güc mərkəzləri münasibətləri: çağırışlar və imkanlar”, A.Hacızadə “Azərbaycan- Ermənistan sülh prosesi: fürsətlər və əngəllər”, BMTM-in şöbə müdiri Cavid Vəliyev “Azərbaycan xarici siyasətində Türk Dövlətləri Təşkilatı” mövzularında təlim keçiblər.

Konfransın ikinci hissəsində XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Əkrəm Zeynallı “Azərbaycan-Çin münasibətləri yeni mərhələdə: gözləntilər”, BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli “Donald Tramp dövründə ABŞ-Azərbaycan münasibətləri: əngəllər və fürsətlər” mövzularında təlim keçiblər.

11 media təmsilçisinin qatıldığı təlimdə iştirakçılara sertifikatlar təqdim olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]