QHT Astara şəhərində ekokönüllülüklə bağlı maarifləndirmə tədbiri keçirib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” ictimai birliyi icra etdiyi “EkoKönüllülər: Gənclər Təbiət və Bəşəriyyət Yolunda” layihə çərçivəsində növbəti tədbiri keçirib.

Astara şəhəri 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə reallaşan görüşdə layihənin əsas məqsədi və gənclər arasında ekokönüllüyün təbliğinin əhəmiyyətindən bəhs edilib. Tədbir iştirakçılarına COP-29 irsinin cəmiyyətimizin bütün təbəqələrinə çatdırılmasının və bunun sağlam gələcəyimizin formalaşmasında xüsusilə vacib rol oynadığı qeyd edilib. Ekokönüllülüyün prinsipləri barədə məlumat verən layihə icraçıları gəncləri ekologiyamızın qorunmasında fəal olmağa çağırıblar. Bundan əlavə, tədbir iştirakçılarına bildirilib ki, ekokönüllülük ənənələrinin inkişaf etdirilməsi həm Azərbaycanda, həm də bütövlükdə regionda ekoloji problemlərin aradan qaldırılmasına ciddi töhfə verəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]