“Prezident funksiyalarımın icrasına davam edəcəyəm”

Gürcüstanın sabiq dövlət başçısı Salome Zurabişvili “prezident funksiyalarını” icra etməyə davam edəcəyini açıqlayıb.

Zurabişvili bu barədə Tbilisidə brifinqdə danışıb. 

O, həmçinin işləyəcəyi ofisi təqdim edib: “Bu gün sizi Orbeliani sarayının (prezident iqamətgahı – red.) davamı olan yeni ofisdə qəbul etmək istəyirəm. Bu məkan Orbeliani sarayına bənzəməyə bilər, lakin burada prezidentin funksiyaları davam edəcək”.

Xatırladaq ki, ötən ilin dekabrın 29-da Gürcüstan parlamentində altıncı Prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beşillik müddətə seçilib. Zurabişvili parlamenti qeyri-qanuni hesab etdiyi üçün istefa verməyəcəyini bildirib. Kavelaşvilinin inauqurasiyasından sonra o, prezident sarayını tərk edib. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]