Sonu ölüm olan, Narkomaniyaya yox deyek!

Narkotik bəlası təssüf olsun ki daha çox 18-25 yaş arası gənclərin əziyyət çəkdiyini nəzərə alsaq, narkotik maddələrə meyilli yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq mühüm məsələlərdəndir.

Bəs narkotik nədir? Cavabın bu cur izah edərdim. Əhali, xüsusilə Vətənimizin gələcək qurucuları olan gənc nəsil narkotikin  törədə biləcəyi faciələri daha dərindən dərk etməlidir.

Narkotik insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki getdikcə “azalır”, fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyinin fəaliyyəti son dərəcədə zəifləyir və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ “qoruyucu” rolunu oynayır. Narkotik maddələr qəbul edən insanlar özləri də bilmədən həmin orqanları  zədələdiklərindən yoluxucu xəstəliklər onların iç dünyasına asanlıqla daxil olur.

Narkotik maddələrin ən çox yayılmış növləri xaşxaş, kokain, nəşə, metazoan, tiryək, marixuana, heroindir. Bu narkotik maddələri bir və ya iki dəfə qəbul etdikdən sonra insanlarda yavaş-yavaş asılılıq yaradır. Hətta bəziləri narkotik maddə tapa bilmədiyindən ağrıya dözməyib özlərinə qəsd etmək məcburiyyətində qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim insanlardan qaçıb uzaqlaşmağa çalışırlar. Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir.

Narkotik maddənin satışı ilə məşğul olan insanlar “ölüm kabusları”dır. Böyük fransız təbibi Fransua Moriakın dediyi kimi, “narkomaniya insanın öz ölümündən həzz almasıdır”.

Bunuda vurğulamaq istəyirəm ki Gənclərin Anti-Narkomaniya İctimai Birliyi mütəmadi olaraq maarifləndirici tədbirlər söhbətlər edir. Cənub bölgələrində mütəmadı görüşlər keçirdir. Gənclərə daha yaxın olur.

Sağlam gələçək naminə narkotikə yox de!

Lalə Səfərova Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin Mətbuat katibi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]