Fransa DİN: Əlcəzair blogeri qəbul etməməklə Parisi alçaltmaq istəyir

Əlcəzair nifrəti qızışdırma zəminində deportasiya edilmiş əlcəzairli blogeri qəbul etməməklə Fransanı alçaltmağa çalışır.

Bunu Fransanın daxili işlər naziri Bruno Retayo bildirib.

“Biz Əlcəzair məsələsində son dərəcə narahatedici həddə çatmışıq. Əlcəzairlə bağlı əlimizdə olan bütün vasitələri araşdırmalıyıq”, – qanun pozuntusuna yol vermiş əcnəbilərin deportasiyası siyasətinin sərtləşdirilməsinin vacibliyini dəfələrlə bəyan edən Retayo söyləyib.

O, əlcəzairlilərə verilən vizaların sayının, eləcə də Əlcəzairə maliyyə yardımının azaldılmasının mümkün olduğunu deyib. Hazırda bu məbləğ 131,79 milyon avro təşkil edir ki, bu da ÜDM-i 240 milyard avro olan ölkə üçün dəryada bir damladır.

Daha əvvəl Əlcəzair Fransa hakimiyyətinin ölkədən çıxarılması ilə bağlı göstəriş verdiyi Doualemn adlı blogeri geri qəbul etməkdən imtina edib.

Fransanın cənubundakı Monpelyedə yaşayış icazəsi əsasında yaşayan bloger yanvarın 4-də “TikTok”dakı kanalında Fransa ərazisində zorakı hərəkətlərə çağırışlar etdiyi üçün həbs edilib. O, ötən gün ölkədən deportasiya edilsə də, Əlcəzair onu geri göndərib. Bloger qayıtdıqdan sonra Sena və Marna departamentində müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. O, videonu çəkərkən narkotik asılılığına qarşı dərman vasitəsinin təsiri altında olduğunu bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]