İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı

İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş 47 maddədən ibarətdir.

Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali prezident Məsud Pezeşkianın  bu həftə Rusiyaya gözlənilən səfəri zamanı imzalanacaq sənədi şərh edərkən bildirib.

Oəyan edib ki,  strateji əməkdaşlıq haqqında saziş ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir.

“Bu müqavilə giriş hissəsi və 47 maddədən ibarətdir. Əgər bu imzalansa və həyata keçirilərsə, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın səviyyəsi xeyli yüksələcək”, – deyə Cəlali qeyd edib.

Bundan əvvəl Rusiya və İran hərtərəfli strateji tərəfdaşlıq sazişi barədə razılığa gəliblər.

Keçən ilin dekabrında İranın Moskvadakı səfiri Kazım Cəlali bildirmişdi ki, İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Rusiya paytaxtına səfər edəcək və səfər zamanı iki ölkə arasında münasibətlərin əsasları və əməkdaşlıq prinsipləri haqqında mövcud sənədi əvəz edəcək saziş imzalayacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]