Zelenskini danışıqlara çağırdı

Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskini iki dövlət arasında mübahisəni həll etmək üçün qaz tranziti ilə bağlı danışıqlara dəvət edib.

Bu barədə “Reuters” məlumat yayıb.

“Belə görüş Slovakiya və digər ölkələrə Ukrayna ərazisindən qaz nəqlinin açıq müzakirəsi üçün yaxşı zəmin yaradacaq”, – Slovakiya hökuməti başçısının Ukrayna liderinə ünvanladığı məktubun mətnində qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl Fitso Rusiya qazının Avropaya tədarükü məsələsində Ukraynasız işləmək imkanını açıqlamışdı. O əlavə edib ki, yerli enerji şirkəti SPP cari istilik mövsümünə əvvəlcədən hazırlaşıb və özünün yeraltı anbarlarını əvvəlcədən doldurub. Buna görə də, Bratislavada fövqəladə enerji halları zamanı təhlükəsizlik şəbəkəsi var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]