“Bayden ABŞ-nin xarici siyasətini son 4 ildə ölkə tarixində ən aşağı səviyyəyə salıb”.
Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib.
“Son dörd ildə baş verənlərə nəzər salsaq, düşünürəm ki, bu, ABŞ tarixində ən aşağı səviyyə olub. Çox pis olub hər şey”, – deyə o bildirib
Amerikanın yeni lideri Baydenin xarici siyasətini dəhşətli adlandırıb və bir daha bəyan edib ki, onun dövründə Yaxın Şərq, eləcə də Ukraynada münaqişəsi olmayacaqdı.