ABŞ-nin ən böyük banklarından birində çalışan Vəli Səməndərli ödəniş kartlarından oğurluqlara münasibət bildirib.
O bildirib ki, kartlardan oğurluğa görə günahın bank, yoxsa vətəndaşda olması məsələsi sadə göründüyü qədər də mürəkkəb sualdır.
“Sistematik olaraq hər iki tərəf və üstəlik, ölkədə fəaliyyət göstərən bəzi satış platformalarının da burada günahı var. Vətəndaşlar arasında scamlara, phishing/vishingə reaksiya zəifdir. Hətta o səviyyədədirki, Avropada maliyyə cinayətkarları daha kompleks yollara əl atsa da, bizdə hələ də ən sadə yolla böyük məbləğlər ələ keçirməyə nail olurlar. Banklar nə qədər müştərilərə günah atsa da, bir şeyi qəbullanmalıdırlar ki, sadəcə 3DS təhlükəsizlik koduyla qorunmaq mümkün deyil və indiki müasir bank sferasında daha böyük həllər var. Bu həllərsə nisbətən böyük maliyyə xərcləri tələb edir ki, banklar öz reputasiyaları üçün bu tədbirləri görməlidirlər. (Təbii ki 100% təhlükəsizlik yenə də təmin oluna bilməz) Digər problem satış platformaları saytlarının təhlükəsizliyinin zəif olmasıyla müştəri kart detallarının oğurlanmasıdır”.