Putin: Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var

Rusiya Prezidenti Vladimir Putin Moskvanın ABŞ-nin yeni administrasiyası ilə bir çox, o cümlədən strateji sabitlik və iqtisadiyyat, eləcə də enerji məsələləri üzrə təmas nöqtələri ola biləcəyini düşünür.

O, bu barədə “Moskva. Kreml. Putin” verilişinə açıqlamasında bildirib.

“Ümumi götürsək, əlbəttə ki, hazırkı administrasiya ilə kifayət qədər çoxlu təmas nöqtələrimiz, bu günün əsas problemlərinin həlli yolları ilə bağlı oxşar yanaşmalarımız ola bilər. Bunlar strateji sabitlik məsələləridir, yeri gəlmişkən, həm də iqtisadiyyatla bağlı məsələlərdir”, – o deyib.

Putin qeyd edib ki, Rusiya və ABŞ ən böyük neft istehsalçıları olmaqla yanaşı, həm də enerji resurslarının ən böyük istehlakçılarıdır.

“Bu isə o deməkdir ki, həm bizim, həm də Amerika iqtisadiyyatı üçün çox yüksək qiymətlər pisdir, çünki enerji resurslarından istifadə edərək ölkə daxilində istehsal etməliyik, ölkə daxilində başqa mallar da istehsal etməliyik. Digər yandan, çox aşağı qiymətlər də çox pisdir, çünki bu, enerji şirkətlərinin investisiya imkanlarına xələl gətirir. Bu istiqamətdə danışacağımız çox şey var”, – o söyləyib.

Prezidentin sözlərinə görə, enerji sektorunda qarşılıqlı maraq doğura biləcək başqa məsələlər də var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]