Şolts: Rusiya-Ukrayna müharibəsinin Rusiya-NATO müharibəsinə çevrilməsinin qarşısını almaq lazımdır

Rusiya-Ukrayna müharibəsinin Rusiya-NATO müharibəsinə çevrilməsinin qarşısını almaq lazımdır.

Bunu Almaniya kansleri Olaf Şolts Türkiyənin “Anadolu” xəbər agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, bu müharibə ilə on illərdir sahib olduğumuz və Avropada sülhü, sabitliyi təmin edən razılaşma pozulub: “Biz Ukraynanı dəstəkləyirik və dəstəkləyəcəyik. Eyni zamanda, müharibənin genişlənməməsinə diqqət edirik. Bunun üçün bütün diplomatik imkanlardan istifadəyə səy göstərilir”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Ukrayna lideri Volodimir Zelenski isə söyləyib ki, 2025-ci ildə savaşa son qoymaq üçün mümkün olan hər şeyi edəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]