2024-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 milyard 329,9 milyon ABŞ dolları dəyərində 7 milyon 724,5 min ton beynəlxalq yük daşımaları həyata keçirilib.
Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 7,6 % və 1,9 % azdır.
Ötən il dəmir yolu nəqliyyatı ilə 2 milyard 488,9 milyon min ABŞ dolları (əvvəlki ilə nisbətən 1,3 % çox) dəyərində 4 milyon 947,5 min ton (7 % çox) yük idxal edilib, 841 milyon ABŞ dolları (26,9 % az) dəyərində 2 milyon 777 min ton yük (14,6 % az) yük ixrac olunub.