Zəngəzur dəhlizi – Azərbaycanın haqlı olduğu daha bir layihə – ŞƏRH

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Zəngəzur yolu regional və qlobal əhəmiyyətli bir ideyadır. Bu layihənin təşəbbüsçüsü Azərbaycandır.

Ona qarşı çıxanlar regional əməkdaşlığa, təhlükəsizliyə, qarşılıqlı etimadın yaranmasına, möhkəmlənməsinə, iqtisadi əlaqələrin coğrafiyasının genişlənməsinə mane olmağa səy göstərənlərdir. Bir sıra hallarda isə onlar təşəbbüskar olmadıqları üçün layihənin reallaşmasına qısqanclıqla yanaşır, müxtəlif adda planlar təqdim edirlər.

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Zəngəzur yolundan da danışıb. O bildirib ki, Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərindən sonra onun beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındığını, artıq dünyada qəbul edilmiş ifadə, qəbul edilmiş termin olduğunu vurğulayıb: “Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”.

Onun sözlərinə görə, Ermənistan tərəfi dörd ildən çoxdur, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir.

Dövlət başçısı Naxçıvana lazım olan ehtiyacların müxtəlif yollarla təmin edildiyini qeyd edib: “Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır”.

Prezident İran ilə Araz çayının üstündə avtomobil körpüsünün tikintisinin icra edildiyini və bu il tamamlanacağını nəzərə çatdırıb.

Birinci körpü Zəngilan rayonu, ikinci isə Naxçıvan ərazisindən keçəcək.

Zəngəzur dəhlizinin əhəmiyyətini, mahiyyətini azaltmaq üçün Ermənistan və İran müxtəlif iddialarla çıxış edir. Bu məsələdə rəsmi İrəvan Tehranla birlikdə “Şimal-Cənub”, “Sülh kəsişməsi” kimi reallaşması mümkün olmayacaq layihələr irəli sürərək Azərbaycan ərazisindən keçəcək Şimal-Cənub dəhlizi və Zəngəzur yoluna alternativ yaratmağa çalışır.

Cənubi Qafqazdakı hadisələr, Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri onların təşəbbüslərinin yerində sayacağını deməyə əsas verir.

Ermənistan iqtisadi cəhətdən dünyanın heç bir ölkəsi üçün cəlbedici sayılmır. Heç bazar kimi də əlverişli deyil. Digər tərəfdən isə o, dalandır. Ermənistan dalanından erməni cəmiyyəti belə qaçmağa çalışır. Yeri gəlmişkən, ABŞ-də qanunsuz yaşayan üç minə yaxın erməninin deportasiya edilməsinin nəzərdə tutulması da bu ölkədəki siyasi-ictimai və iqtisadi vəziyyətin göstəricisi sayıla bilər.

Azərbaycan lideri Ermənistanın tranzit dövlət olması istəyinə də münasibət bildirərək deyib: “Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi”.

Prezident bununla beynəlxalq ictimaiyyətə, qonşu dövlətlərə və Ermənistan rəhbərliyinə xatırlatma edib. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən Qafanda konsulluq açanlar və açmaq niyyətində olanlar var. İki ölkənin şərti sərhədində isə Avropa İttifaqının Mülki Müşahidə Missiyası yerləşdirilib. Ötən gün onun həmin ərazidə qalması müddəti daha iki il uzadılıb.

Prezident Azərbaycana qarşı törədilən cinayətləri də ardıcıllıqla qeyd edib. O, ölkə ərazisində qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması, bundan əvvəl ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi, Qarabağ xanının öldürülməsindən bəhs edib. Dövlət başçısı Azərbaycana qarşı 20-ci əsrdə törədilən cinayətlərin də göz önündə olduğunu bildirib: “Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq”.

Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin reallaşmasına mane olanlara tarixi faktları xatırlamaqla rəsmi Bakının regional məsələlərlə bağlı yürütdüyü siyasətin, energetika, nəqliyyat layihələrinin öz töhfəsini verdiyinə də işarə edib.

Qərbi azərbaycanlıların Ermənistan vətəndaşı olaraq hüquqları pozulub. Rəsmi Bakı 300 minə yaxın azərbaycanlının tapdanmış hüquqlarının bərpasını tələb edəndə Ermənistan və havadarları guya Azərbaycanın bu respublikaya ərazi iddiası ilə çıxış etdiyi kimi cəfəng iddialar irəli sürülür.

Zəngəzur dəhlizi layihəsi gündəliyə gələn gündən onun əleyhdarları “sərhədlərin toxunulmazlığı”, “ərazi bütövlüyü”, “Ermənistanla tarixə əlaqələr” kimi boş, mənasız, əsassız iddialar irəli sürməyə başlayıblar.

Dövlət başçısı onlara bir daha cavab verib: “Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

Prezident bununla Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra – 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü şifahi və yazılı öhdəliklərə əməl etməsini vurğulayıb.

Zəngəzur yolunun açılması Ermənistanın da regional və qlobal əhəmiyyətinin artmasına təsir göstərər. Bu onu dalandan çıxarıb, ölkəyə coğrafi mahiyyət verər.

Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığına diqqət yetirmək kifayətdir. Bu ölkədən tranzit olaraq energetika xətləri, yol-nəqliyyat marşrutları keçir.

Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı deyib ki, Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər: “Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik”.

Hazırda Zəngəzur dəhlizi Ermənistanın nicat yoludur. Bu onun müstəqilliyi, suverenliyinin təminatı olar bilər. Onun asılılığını azaldar və s.

Vaxtilə Azərbaycanın həmmüəllif olduğu neft, təbii qaz və nəqliyyat layihələrinin reallaşmasına da indi ona ən yaxın dost kimi görünənlər mane olurdu. Ancaq onların hamısı həyata keçdi və rentabelli işləyir. Ona görə Zəngəzur dəhlizinə qarşı çıxanlar da Azərbaycanın haqlı olduğunu etiraf edəcəklər. Bu layihə də reallaşacaq…(Report)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]