Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik – VİDEO

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın balansını artıq onlayn şəkildə də artırmaq mümkündür. 

Yenixeber.org: Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Belə ki, onlayn balans artırmaq üçün:

1.    www.odenisliyol.az rəsmi internet səhisəsinə daxil olun.
2.    “Balans artırma” bölməsini seçin.
3.    Qeydiyyat zamanı təqdim edilmiş hesab məlumatlarını daxil edərək sistemə giriş.
4.    “Mənim səhifəm” bölməsindən “Etiket vəziyyəti” alt bölməsinə keçid edin.
5.    “Balans artırma” bölməsini seçin və bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın.

Kartın balansını satış məntəqələrində də artırmaq mümkündür. 

Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür. 

Xatırladaq ki, “Sürətli Keçid Kartı”nı aşağıdakı satış məntəqələrindən əldə etmək mümkündür:

•    Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı ASAN xidmət mərkəzləri.
•    Sumqayıt şəhəri 2 saylı ASAN xidmət mərkəzi.
•    Quba ASAN xidmət mərkəzi.
•    Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələri.

“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

“Sürətli Keçid Kartı”nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.odenisliyol.az rəsmi internet səhisəsindən tanış olmaq mümkündür. 

“Sürətli Keçid kartı” nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır. 

Yaranmış çətinliklərlə bağlı *1009 nömrəli “Qaynar Xətt” ə zəng edərək dəstək xidməti almaq olar. Bundan başqa www.odenisliyol.az rəsmi internet səhisəsi üzərindən və ya [email protected] email ünvanına elektron məktubla müraciət etmək də mümkündür.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]