Okan Buruk “Qalatasaray” – “Fənərbağça” oyunundan sonra mətbuat konfransında Joze Mourinyo ünvanına ağır sözlər deyib.
“Cim-Bom”un baş məşqçisi portuqaliyalı mütəxəssis barədə məşhur “The Crying One” atmacasını xatırladıb.
“Bir az çox çəkdi “Crying One”nın (“Ağlayan biri”) danışmağı. Bilirsiz, ağlamağıyla məşhurdur. Yenə burda uzun-uzun ağladı. İçəridə ağladı, hakim otağına girdi, ağladı… Ağlamağa davam etsin”.
Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatıb. (Offsideplus.az)