Məktəbdə psixoloq işləmək istəyənlərin nəzərinə! – İmtahan BAŞLAYIR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi martın 5-də keçiriləcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb, 

İmtahan BŞTİ-nin rəsmi saytında 6 aprel 2024-cü il tarixində elan olunan psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin I mərhələsindən qeydiyyatdan keçən şəxslərə şamil edilir.

Paytaxtdakı 263 və 158 nömrəli tam orta məktəblərdə təşkil olunacaq test imtahanında 690 nəfərin iştirakı nəzərdə tutulub.

Namizədlərə imtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

Keçid bal həddi (ixtisas üzrə minimum 42 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 62 bal olaraq müəyyən edilib. 62 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]