DYP sürücülərə müraciət etdi

Sükan arxasında məsuliyyətsizlik ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına zəmin yaradır.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məlumatı yayıb.

Qeyd olunub ki, görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən, yaxud avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə vərdişkar olan sürücülərə rast gəlinir.

Məlumata görə, bir gün əvvəl respublika üzrə qeydə alınan 4 yol-nəqliyyat hadisəsindən 3-ü toqquşma xarakterli olub ki, həmin qəzaların hər biri məhz arxada hərəkət edən avtomobilin öndəki nəqliyyat vasitəsilə toqquşması səbəbindən baş verib.

Bununla yanaşı, həmin qəzaların ayırıcı və bir neçə hərəkət zolaqlarına malik avtomagistrallarda qeyd alınması, sözügedən yol-nəqliyyat hadisələrini törədən sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından, ara məsafəsini düzgün seçməmələrindən xəbər verir”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə biganə yanaşmamağa çağırır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]