Rusiya Nəqliyyat Nazirliyi: PUA hücumları zamanı 83 təyyarə ehtiyat aerodromlara yönəlib

Səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı 83 təyyarə ehtiyat aerodromlara yönəlib.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

“Hazırda bütün hava limanları normal rejimdə işləyir, ciddi uçuş sıxlığının yaranmasının qarşısı alınıb”, – qurumdan bildirilib.

Nazirlik, həmçinin aviaşirkətləri çağrı mərkəzlərinin işini gücləndirməyə və sərnişinləri cədvəldəki dəyişikliklər barədə operativ məlumatlandırmağa çağırıb.

Qeyd edək ki, ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin regionları üzərində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatını (PUA) vurub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]