Səudiyyə Ərəbistanı XİN: Bakı və İrəvan arasında sülh sazişi Cənubi Qafqazın inkişafı üçün təməl olacaq

Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.

Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, Ər-Riyad bu sazişin Cənubi Qafqazda sabitlik və inkişafın yeni mərhələsi üçün təməl olacağına ümid edir.

“Krallıq beynəlxalq təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, həmçinin inkişaf və rifah üçün şəraitin yaradılmasına yönəlmiş bütün səylərə dəstəyini təsdiqləyir”, – bəyanatda qeyd olunub.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi həmçinin münaqişələrin sülh yolu ilə həllinə və beynəlxalq ictimaiyyətin rifahı naminə diplomatik təşəbbüslərin davam etdirilməsinə sadiqliyini təsdiqləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]