Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ

Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.

Bu barədə “RIA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib.

İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]