Toqquşmalar nəticəsində NATO-nun 25 hərbçisi yaralandı – Özəl

Kosovoda polis və NATO əsgərləri etnik alban merlərin təyin edilməsi ilə bağlı iğtişaşların yaşandığı şimalda serb etirazçılarla toqquşub.

Aktualtv.az xəbər verir ki, Zvecanda hökumət binasını zəbt etməyə cəhd edən etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə edilib. Toqquşmalar nəticəsində NATO-nun Beynəlxalq Missiyasının 25 hərbçisi yaralanıb. Alyans hücumları tamamilə qəbuledilməz adlandırıb. Bu böhranın əvvəli aprel ayına təsadüf edir ki, Kosovo serbləri yerli seçkini boykot edib, etnik albanlara dörd faizdən az iştirakla yerli şuralara nəzarət etməyə imkan verib.

Xatırladırıq ki, Kosovo 2008-ci ilin fevralında serblərlə alban sakinləri arasında uzun illər davam edən gərgin münasibətlərdən sonra Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. O, Birləşmiş Ştatlar və Avropa İttifaqının əsas ölkələri tərəfindən tanınıb, lakin Rusiya tərəfindən dəstəklənən Serbiya, Kosovodakı əksər etnik serblər kimi bunu etməkdən imtina edir. Etnik albanlar bütövlükdə Kosovo əhalisinin 90%-dən çoxunu təşkil etdiyi halda, şimal bölgəsində əhalinin əksəriyyətini serblər təşkil edir.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]