Ermənipərəst senator ilə bağlı prokurorluq və FTP araşdırma aparır – Özəl

ABŞ-nin Manhetten Federal Prokurorluğu və Federal Təhlükəsizlik Bürosu Nyu-Cersi ştatından olan senator Robert Menendez və onun erməni əsilli arvadı Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə almaları barədə məsələni araşdırır.

Aktualtv.az xəbər verir ki, “Nyu-York Tayms”ın məlumatına görə, Menendezlə bağlı bu istintaq ət şirkətinin ofislərində və onun sahibinin evində aparılan axtarışla bağlıdır. Şirkətin rəhbəri Vael Hananın sözçüsü Menendezə və onun həyat yoldaşı Nadine Arslanyana hədiyyə verilməsi barədə faktları təkzib edib.

Qeyd edilir ki, Menendez erməni əsilli Nadine Arslanyan ilə 2020-ci ilin oktyabrında evlənib. Onun 2021-ci ilin mayında federal orqanların tələbinə uyğun olaraq təqdim etdiyi maliyyə hesabatına görə, onlar Nyu-Cersidəki nüfuzlu şəxslərdən toy hədiyyələri alıblar. Lakin senatorun maliyyə hesabatlarında nə həmin lüks avtomobilin, nə də mənzilin adı qeyd olunmayıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]